Belçikalı cazmen Bakıda masterklass keçirəcək

Baş səhifə
Belçikalı cazmen Bakıda masterklass keçirəcək

Bakı Cazz Festivalı çərçivəsində Azərbaycana səfər edən belçikalı musiqiçi Antuan Pyer oktyabrın 29-da masterklass keçirəcək.

“Report”un məlumatına görə, A.Pyer müasir Avropa caz səhnəsinin ən dinamik simalarından biri hesab edilir.

O, barabançı, bəstəkar və ansambl rəhbəridir.

A.Pyerin yaradıcılığı mürəkkəb ritmlər, atmosferik səslər və ənənəvi cazın sərhədlərini aşan melodik ifadə ilə səciyyələnir.

Masterklass Azərbaycan Milli Konservatoriyasında baş tutacaq.