Bakı. Trend:
Mövsümə uğursuz start verən “Seltik” baş məşqçi Brendan Rocerslə
bağlı qərar verib.
Trend xəbər
verir ki, Şotlandiya təmsilçisi irlandiyalı mütəxəssislə yollarını
ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında
xitam verilib.
Qeyd edək ki, Brendan Rocers 2023-cü ilin yayında “Seltik”in baş
məşqçisi postuna təyin olunmuşdu. Komanda ölkə çempionatında 9
turdan sonra 17 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində
qərarlaşıb. Onlar lider “Harts”dan 8 xal geri qalır.

