
Bakı. Trend:
Azərbaycanın bank sektorunun xarici öhdəlikləri bu ilin
sentyabrın 30-na 2,926 milyard manat təşkil edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bu, ilin əvvəlinə nəzərən 340.6 milyon manat
çoxdur.
“Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən
qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin
həcmindəki artım ilə əlaqədardır”, – deyə məlumatda vurğulanıb.

