Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər
çərçivəsində və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması
məqsədilə paytaxtın 49 nömrəli şəhərdaxili və 515 nömrəli
şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil
edilir.

Sənədlər 25 noyabr 2025-ci il, saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;
əlaqələndirici şəxs: Anar Məmmədov – tel: 050-444-10-75, e-poçt:
[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat
nəqliyyat vasitələri də təqdim olunmalıdır.




İddiaçıların təkliflərinə komissiya tərəfindən 515 nömrəli
(Xırdalan şəhəri – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus
marşrutu üzrə 1 lotda dekabrın 16-da;

49 nömrəli (“28 May” m/st – 68 nömrəli məktəb) avtobus marşrutu
üzrə 1 lotda dekabrın 19-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.