Bakı.Trend:
Qadınlar arasında süd vəzi xərçəngi birinci yer tutur. Dünyada 8
qadından biri bu xəstəlikdən əziyyət çəkir.
Trend xəbər
verir ki, bu fikirləri TƏBİB-in təşkilatçılığı ilə keçirilən
“Xərçəngdən güclüsən” tədbirində qurumun icraçı direktor müavini
Anar İsrafilov deyib.
O vurğulayıb ki, erkən aşkarlanma aparılarsa ÜST-ün verdiyi
məlumata əsasən, düzgün müalicə ilə süd vəzi xərçəngindən sonra
qadınların yaşama şansı 90-95% olur:
“TƏBİB tərəfindən ölkəmizin regionlarında da bu istiqamətdə
mübarizə aparılır. Nəticələr də ilin sonunda açıqlanacaq”.
A.İsrafilov həmçinin deyib ki, 40-69 yaş arası qadınlar 2 ildə
bir dəfə xərçəngə qarşı müayinədən keçməlidirlər.

