
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət
göstərən sığorta şirkətləri tərəfindən 683,896 milyon manat sığorta
ödənişi edilib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici
ötən ilin eyni dövrü ilə müqayisədə 130,1 milyon manat və ya 23,5%
artım deməkdir.
Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa
Həyat Sığorta” ASC (472,1 milyon manat) olub. İkinci yerdə 103
milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 47,5 milyon
manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta Şirkəti
qərarlaşıb.
Cari ilin yanvar-sentyabr aylarında sığorta ödənişlərinə görə
şirkətlərin renkinqini təqdim edirik:
|
Şirkətin adı |
Məbləğ (min manat) |
|
“Paşa Həyat Sığorta” |
472,062 |
|
“Paşa Sığorta” |
102,969 |
|
“Atəşgah Həyat” Sığorta Şirkəti |
47,513 |
|
“Atəşgah” Sığorta Şirkəti |
29,471 |
|
“Qala Sığorta” |
19,401 |
|
“Meqa Sığorta” |
11,836 |
|
“Azərbaycan Sənaye Sığorta” |
9,011 |
|
“A-Qroup Sığorta Şirkəti” |
8,250 |
|
“Xalq Sığorta” |
7,639 |
|
“Aqrar Sığorta” |
4,969 |
|
“AtaSığorta” |
4,103 |
|
“Xalq Həyat” Sığorta Şirkəti |
4,078 |
|
“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
3,850 |
|
“Qala Həyat” Sığorta Şirkəti |
2,161 |
|
“AzSığorta” |
1,364 |
|
“İpək Yolu Sığorta” |
220 |

