
Bakı. Trend:
Xaçmaz rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq
avtoxuliqanlıq edən “VAZ-21099” markalı 10-FB-299 dövlət qeydiyyat
nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis
əməkdaşları tərəfindən saxlanılıb.
Trend
xəbər verir ki, sürücü barəsində protokol tərtib edilərək baxılması
üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ 1 il
müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs
edilib.


