ABŞ-də ərzaq talonlarının verilməsi noyabrın 1-dən dayandırılacaq

Baş səhifə

Bakı. Trend:

Noyabrın 1-dən etibarən ABŞ hökumətinin bağlanmasının davam
etməsi səbəbindən Əlavə Qidalanma Yardımı Proqramı (SNAP)
çərçivəsində ərzaq talonları amerikalılara artıq verilməyəcək.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin
saytında yerləşdirilən açıqlamada bildirilib.




Məlumatda deyilir: “Senatın Demokratları artıq 12 dəfə Əlavə
Qidalanma Yardımı Proqramının maliyyələşdirilməsinə qarşı səs
veriblər. Nəhayət, vəsait tükənib. Hazırda noyabrın 1-dən
müavinətlər verilməyəcək.”