
Bakı. Trend:
Vyetnam və ABŞ ədalətli və balanslaşdırılmış ticarət haqqında
sazişin şərtlərinin razılaşdırılmasını başa çatdırıblar.
Trend xəbər verir
ki, bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.
Yeni razılaşma iki ölkə arasında iqtisadi əlaqələri
möhkəmləndirməyi və qarşılıqlı bazarlara çıxışı genişləndirməyi
hədəfləyir.
Birgə bəyanat Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən
47-ci ASEAN sammitinin kuluarlarında imzalanıb.
Məlumata görə, qarşıdakı bir neçə həftə ərzində Vyetnam və ABŞ
sənədin texniki hissəsini yekunlaşdıracaq, imzalanma prosedurlarını
həyata keçirəcək və yeni ticarət razılaşması qüvvəyə minəcək.

