Tovuzda kafedə bıçaqlanma hadisəsi baş verib

Baş səhifə

Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, insident rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.