Bakı. Trend:
Katoliklərin ruhani lideri Papa XIV Leo bu gün Livan Baş naziri
Navaf Salam və müavini Tarik Mitri ilə görüşüb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, görüşlər Vatikanın Dövlət
Katibliyində keçirilib.
Görüşdə iki ölkə arasında mövcud diplomatik əlaqələr və Papa XIV
Leonun 30 noyabr – 2 dekabr tarixlərində Livana edəcəyi rəsmi səfər
üçün ortaq gözləntilər müzakirə olunub.
Həmçinin, Livan xalqının ölkənin islahat və sabitlik
proseslərinə olan ümidləri və bölgədə tam sülhün təmin olunması
istiqamətindəki ortaq arzular ifadə edilib.
Baş nazir Navaf Salam Livan xalqının Papanın səfərini böyük
sevinc ilə gözlədiklərini bildirib.

