Almaniyanın ən güclü atom elektrik stansiyasının qalıqları partladılıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Bavariya əyalətində yerləşən və vaxtilə ölkənin ən
böyük atom elektrik stansiyası sayılan “Gundremmingen” AES-in iki
nəhəng soyuducu qülləsi (hər biri 160 metr hündürlüyündə) bu gün
partladılaraq dağıdılıb.

Trend Almaniya
KİV-ə istinadən xəbər verir ki, bu hadisə Almaniyanın atom
enerjisindən tamamilə imtinasının simvolu kimi dəyərləndirilib.




Stansiya 2021-ci ildə fəaliyyətini dayandırmışdı, lakin onun
tarixi 1966-cı ildə Almaniyada ilk iri miqyaslı reaktorun işə
salındığı dövrə gedib çıxır.

Partlayışdan sonra 56 min ton armatur və beton qalıqlarının
xırdalanaraq tikinti materialı kimi təkrar emalı
planlaşdırılır.