Paşinyan Qazaxıstana gedəcək

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərinin tezliklə baş tutacağını açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə Respublika Günü münasibətilə yazdığı təbrik mesajında ​​bildirib.

“Ümid edirəm ki, yaxın gələcəkdə baş tutması planlaşdırılan Qazaxıstana rəsmi səfərim zamanı dostluq, rifah və gələcəyə yönəlmiş ikitərəfli strateji münasibətlərin inkişafı naminə Ermənistan-Qazaxıstan dövlətlərarası gündəliyini müzakirə edəcəyik”, – Paşinyan qeyd edib.