İtaliya A Seriyası: “Milan” “Piza” ilə 2:2 bərabərə qaldı

Baş səhifə

Bakı. Trend:

İtaliya A Seriyasında 8-ci tura start verilib.

Trend xəbər verir
ki, turun açılış matçında “Milan” evdə “Piza”nı qəbul edib.




Gözləntilərin əksinə olaraq, “rossoneri”lər autsayder üzərində
qələbə qazana bilməyiblər. 7-ci dəqiqədə Leonun qolu ilə meydan
sahibləri hesabı açsa da, qonaqlar 60-cı dəqiqədə Kuadradonun
penalti zərbəsi ilə cavab verib. 86-cı dəqiqədə Nzola “Piza”nı
hesabda irəli çıxarsa da, 90+4-cü dəqiqədə Atekame sensasiyaya
imkan verməyib və görüş 2:2 hesabı ilə başa çatıb.

Xal itkisinə baxmayaraq, “Milan” çempionatın lideri olaraq qalır
və aktivində 17 xal var. “Piza” isə 4 xalla 18-ci pillədə
qərarlaşıb.