
Sumqayıtda çoxmərtəbəli binadakı mənzillərin birində yanğın baş verib.
Bu barədə Metbuat.az-a sakinlər məlumat veriblər. Bildirilib ki, yanğın “Baxça şəhər” adlanan ərazidə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


