İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Salyanda vətəndaşları qəbul edib.
“Report” nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların sahibkarlıq fəaliyyəti, əmlak, vergi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

