
Bakı. Trend:
220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi ilə bağlı
işlərə başlanılır.
Trend-in
məlumatına görə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla
bağlı müvafiq işlərə başlayıb.
ASC hazırda tikinti işlərini icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.
Eyni zamanda “AzərEnerji” yarımstansiyasının tikintisinə 49,7
milyon manat vəsait sərf olunacağını proqnozlaşdırıb.


