
Misli Premyer Liqasında IX tura “Karvan-Yevlax” – “Turan Tovuz” oyunu ilə start verilib.
“Report”un məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən matç qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesabı Yevlax kollektivi açıb. 69-cu dəqiqədə Şakil Sno fərqlənib. Alexandro Serrano 2 dəqiqə sonra hesaba tarazlıq gətiribsə, 77-ci dəqiqədə Roberto Olabe “Turan Tovuz”un qələbə qoluna imza atıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


