Ov qaydalarını pozan şəxslər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı
Şabran rayonunun Xəzər dənizi sahil zolağında ov qaydalarını pozan
şəxslər saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat
yayıb.

Bildirilib iki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin
Türkiyə Respublikası vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər
sakini Zahid Həsənov olduğu müəyyən edilib. Saxlanılan şəxslərin
99-FF-776 dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat
vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş
3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.




Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq
hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul
olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş
vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə
çağırır.