Sumqayıt Apellyasiya Məhkəməsinə yeni təyinat oldu –

Baş səhifə

Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında səsverməyə qoyularaq qəbul edilib.

Həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Zaur oğlu Hümbətov, Bakı İnzibati Məhkəməsinin hakimləri Həmid Azər oğlu Ağalarov, Fərid İlham oğlu Mədətli, Günel Arif qızı Sevdimalıyeva və Sabunçu Rayon Məhkəməsinin sədri Vidadi Kamal oğlu Qasımov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

Bundan əlavə, Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanov və Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Nurulla oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.