
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 21-də Cenevrədə
Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ikitərəfli
görüşündən danışıb.
Trend xəbər
verir ki, spiker bu barədə Milli Məclisin bugünkü plenar iclasında
bəhs edib.
Sədr bildirib ki, görüş konstruktiv dialoq şəraitində keçib:
“Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və
münasibətlərin normallaşması üzrə görülən tədbirlərin vacibliyi
qeyd edilib”.


