
Bakı.Trend:
Son illərdə ölkəmizdə məhkəmə-hüquq sahəsində mühün islahatlar
aparılır.
Trend xəbər
verir ki, Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsi yanında
Elmi-məsləhət şurasının üzvü, Bakı Arbitraj Mərkəzinin rəhbəri
Kəmalə Mehdiyeva bu fikirləri Bakı Arbitraj Mərkəzinin açılış
mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, bu münasibətlə keçirdiyimiz tədbirin məqsədi
dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət
göstərən peşəkar hüquqşünasların bilik mübadiləsi, dövlət və özəl
sektorda çalışan hüquqşünasların əməkdaşlığı, eləcə də ölkəmizdə
arbitraj sektorunun müzakirəsi üçün dinamik platforma təşkil
etməkdir.
“Tədbir çərçivəsində 7 panel müzakirə nəzərdə tutulur.
Nəzərinizə çatdırım ki, Bakı Arbitraj Mərkəzinin əsas məqsədi
Azərbaycan Respublikasının “Arbitraj haqqında” Qanununa müvafiq
olaraq beynəlxalq arbitraj sahəsində fəaliyyət göstərmək və
mübahisələrinin həlli üsulu kimi arbitrajı seçmiş tərəflərə
ədalətli, şəffaf və səmərəli arbitraj xidmətləri təqdim
etməkdir”.
K.Mehtiyeva qeyd edib ki, Bakı Arbitraj Mərkəzinin daimi
arbitraj təşkilatı olaraq əsas funksiyası mübahisələrin həlli üçün
arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna
olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati
təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz
edilməsi və onların səlahiyyətinə xitam verilməsi məsələlərinin
həlli, kargüzarlığın aparılması, arbitraj haqlarının və digər
arbitraj xərclərinin ödənilməsinin təşkilindən ibarətdir.

