Türkiyədə İmamoğluna qarşı casususluq ittihamı ilə cinayət işi açılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul baş prokurorluğu casusluqla bağlı cinayət
işi çərçivəsində şəhərin keçmiş meri Əkrəm İmamoğlu və bir neçə
şəxsə qarşı araşdırmaya başlayıb.

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.




Məlumata görə, casusluqla bağlı istintaqda İmamoğlu ilə yanaşı
onun seçki kampaniyasının rəhbəri olmuş Necati Özkan və “Tele 1”
telekanalının baş redaktoru Merdan Yanardağın da adı keçir.

Oktyabrın 24-də “Tele 1” telekanalının ofisində axtarışlar
aparılıb, Yanardağ saxlanılıb. Onun evində də axtarışlar
aparılaraq, bəzi əşyalar maddi sübut olaraq müsadirə olunub.