Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan
neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,3
ABŞ dolları və ya 5,2% faiz artaraq bir barel üçün 66,75 ABŞ
dolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbələr məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı
neftin FOB bazasında bir barelinin qiyməti 3,3 dollar və ya 5,36
faiz bahalaşaraq 64,81 dollar olub.




URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 3,32 dollar və ya 6,59 faiz artaraq bir barel üçün 53,72
dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin
qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 3,32 dollar və ya 5,34
faiz artaraq bir barel üçün 65,53 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta
qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.