
İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi təhlükəsi yoxdur.
“Report”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Qərb sahili (İordan çayı-red) barədə narahat olmayın. İsrail qərb sahili ilə heç nə etməyəcək. Onlar qərb sahili ilə heç nə etməyəcəklər”, – ABŞ lideri deyib.
Daha əvvəl Tramp “Time” jurnalına müsahibəsində İsrailin İordan çayının qərb sahilinin ilhaqına cəhd edəcəyi təqdirdə ABŞ-nin bütün dəstəyini itirəcəyini bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


