Mingəçevirdə 35 yaşlı kişi bıçaqlanıb

Baş səhifə

Mingəçevir. Trend:

Mingəçevirdə 35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya
yerləşdirilib.

Trend-in yerli
müxbirinin xəbərinə görə, hadisə məcburi köçkünlərin kompakt
yaşadığı Heydər Əliyev prospektində yerləşən şəhərcikdə baş verib.
Əslən Ağdamdan olan 1990-cı il təvəllüdlü Abbasov Elvin Sərdar oğlu
hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil. Müxtəlif dərəcəli
xəsarət alan E.Abbasov xəstəxanaya çatdırılıb.




DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-in yerli
bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 35 yaşlı şəhər
sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə
polis orqanında istintaq araşdırmaları aparılır.