Çempionlar Liqasının ikiqat qalibi futbolçu karyerasını başa vurub

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının ikiqat qalibi və İngiltərə millisinin
sabiq qapıçısı Skott Karson peşəkar futbol karyerasına spn qoymaq
qərar verib.

Trend-in məlumatına görə, bu barədə S.Karson “Instagram”
səhifəsində yazıb.

“İnanılmaz səyahətdən sonra əlcəkləri asmaq vaxtı çatıb. Futbol
mənə hər şeyi verdi – xatirələr, dostluqlar və heç vaxt unuda
bilməyəcəyim anlar. Səfərimin bir parçası olan hər bir komanda
yoldaşıma, məşqçiyə, azarkeşə və kluba təşəkkür edirəm. Bunu
sizinlə bölüşmək mənim üçün şərəf idi”, – deyə o bildirib.




Qeyd edək ki, 2025-ci ilin yayından etibarən futbolçu azad agent
statusunda olub.

2004/05 mövsümündə qapıçı yalnız bir oyun keçirərək “Liverpul”la
UEFA Çempionlar Liqasının qalibi olub. O, 2022/23 mövsümündə
“Mançester Siti” ilə yenidən Çempionlar Liqasının qalibi olub. O,
həmin mövsüm heç bir yarışda komandanın heyətində bir oyun da
keçirməyib.