Bağça rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə ilk dəfə olaraq dövlət məktəbəqədər təhsil
müəssisələrində çalışan rəhbər heyətin diaqnostik
qiymətləndirilməsi həyata keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, qiymətləndirmənin məqsədi — rəhbər heyətin təlim
ehtiyaclarını müəyyən etmək, eləcə də nəticələr əsasında onların
peşəkar inkişaf proqramlarına cəlb edilməsidir.




Diaqnostik qiymətləndirmə Elm və Təhsil Nazirliyi yanında
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən
xüsusi proqram təminatı vasitəsilə test imtahanı formasında
keçiriləcək.
İştirakçılara ümumilikdə 60 sual təqdim olunacaq:
• “Pedaqoji liderlik” – 25 sual
• “İdarəetmə” – 15 sual
• “Rifah” – 10 sual
• “Pedaqoji etika və əməkdaşlıq” – 10 sual

İmtahanın müddəti 120 dəqiqədir. Hər düzgün cavab 1 balla
qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir və 0
bal hesab olunur. Qeyd edirik ki, diaqnostik qiymətləndirmənin
nəticələri rəhbər heyətin əmək münasibətlərinə təsir etmir, yalnız
inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Dövlət
məktəbəqədər təhsil müəssisələrinin diaqnostik qiymətləndirilməsi
10 şəhərdə yerləşən 12 mərkəzdə, ümumilikdə 1413 nəfərin iştirakı
ilə keçirilməsi nəzərdə tutulur.