Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb

Baş səhifə
Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb

Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

Bu barədə “Report”a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

K.Əmiraslanov oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznica-Grad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) – “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.

FIFA referisi oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” – “Loznica-Grad 2018” qarşılaşmasında isə birinci hakim olacaq.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.