
Bakı. Trend:
Cəbrayıl rayonunda əkin-səpin kampaniyasına başlanılıb.
Trend xəbər
verir ki, bu məqsədlə 13340 hektar sahədə payızlıq taxıl səpini
proqnozlaşdırılır.
Bildirilib ki, əkinlərin 1710 hektarının suvarılan ərazilərdə
aparılacağı gözlənilir. Hazırda fermerlərimiz tərəfindən 9657
hektardan çox sahədə şum aparılıb ki, bu da proqnozlaşdırılan
əkinlərin 72 % -ni təşkil edir. Aparılmış şumun 9200 hektarı
işğaldan azad edilmiş ərazilərdədir.
Qeyd edək ki, bu günə qədər rayon üzrə 221 hektarda əkin
aparılıb. Aparılan əkinlərin 85 hektarı buğda, 136 hektarı isə
arpadır.


