
Rusiyanın Kamçatka vilayətində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report”un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Petropavlovsk-Kamçatskidən məsafə: 233 km. Maqnituda: 6,0”, – məlumatda qeyd olunub.
Bildirilib ki, yeraltı təkanların dərinliyi 8,9 km olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

