İrakli Qaribaşvili illər ərzində qanunsuz gəlir qazandığını etiraf edib

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili oktyabrın 22-də
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə
İdarəsində dindirilib.

Trend bu barədə
Gürcüstan KİV-ə istinadən xəbər verir.




Bildirilib ki, İrakli Qaribaşvili illər ərzində qanunsuz gəlir
əldə etdiyini etiraf edib.

Yaxın günlərdə mövcud və əlavə sübutlara əsaslanaraq sabiq
hökumət başçısı barəsində olan cinayət işinin kvalifikasiyası,
habelə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi
müzakirə ediləcək.