“Şahdəniz” yatağından büdcəyə daxilolmalar 19 milyon manata yaxın azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə vergi
orqanlarının xətti ilə daxil olan vəsaitlərin 1,748 milyard manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi olub.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
18,7 milyon manat və ya 1,1% çoxdur.




Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın
dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 14,150 milyard
manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 943,1
milyon manat və ya 7,1% çoxdur.

Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 76,8%-i və
ya 10,861 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF)
dövlət büdcəsinə transfertin, 23,2%-i və ya 3,289 milyard manatı
vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.