Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 943 milyon manat artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə
neft-qaz sektoru üzrə daxilolmalar 14,150 milyard manat təşkil
edib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 943,1
milyon manat və ya 7,1% çoxdur.




Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 76,8%-i və
ya 10,861 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF)
dövlət büdcəsinə transfertin, 23,2%-i və ya 3,289 milyard manatı
vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.

Vergi orqanlarının xətti ilə daxil olan vəsaitlərinin 1,748
milyard manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 1,292
milyard manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi
vergilər, 248,8 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” layihəsi
üzrə mənfəət vergisi hesabına formalaşıb.