
Bakı. Trend:
Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır.
Trend xəbər
verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə “PeşəFest”in yekun tədbirində deyib.
O bildirib ki, gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi
çatışmazlıq yaranır:
“Gənclər nüfuzlu ixtisas əldə etmək istəyir. Bu gün prestij
faydalı olmaq, problemləri həll etmək, işini bacarmaqdadır. Müasir
çağırışları gənclər nəzərə alaraq özlərinə sual verməlidir”.
DİM sədri əlavə edib ki, süni intellekt və avtomatlaşdırma
ixtisasları bu günümüzdür:
“Bu reallıq əmək bazarındadır. Bəzi peşələr yoxa çıxır, yeniləri
yaranır. Özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib
bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək
bazarında uğura yola açacaq”.


