Son 30 ildə dövlət büdcəsi təxminən 50 dəfə artıb – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Son 30 ildə dövlət büdcəsi təxminən 50 dəfə artıb.

Trend xəbər
verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət
suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”
mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.




Nazir müavini vurğulayıb ki, 2004–2024-cü illərdə Azərbaycan
iqtisadiyyatı 3.8 dəfə, o cümlədən qeyri-neft sektoru 3.7 dəfə
artıb.

“2003-cü ildə yoxsulluq səviyyəsi 44.7 %, işsizlik isə 9.2 %
olduğu halda, 2024-cü ildə bu göstəricilər 5.3 %-ə düşüb.
2004–2024-cü illərdə ölkə iqtisadiyyatına 344.4 milyard dollar
sərmayə qoyulub, bunun 213.2 milyard dolları qeyri-neft sektoruna
yönəlib. Bu isə ölkədəki sabitliyin və investisiya mühitinin
etibarlılığının göstəricisidir”, – deyə S.Ələkbərov əlavə edib.