Tovuzda məktəb direktoru işdən çıxarılıb

Baş səhifə

Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.