COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşına əlavənin müddəti artırılıb

Baş səhifə

Bakı. Trend:

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə
tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli
əlavələrin verilməsi müddəti uzadılıb.

Trend xəbər
verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.




Sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində
iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı
il yanvarın 1-dək veriləcək.