Bakı. Trend:
Almaniyanın Meklenburq-Ön Pommern əyalətində iki quşçuluq
fermasında quşlarda H5N1 virusunun variantı aşkar edilib.
Trend-in
məlumatına görə, bu barədə “DW” xəbər yayıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib ki, indiki
mərhələdə bu fermalarda 150 min toyuq məhv edilməlidir.
Payızın əvvəlindən həmin rayonda ev quşları arasında beş quş
qripi epidemiyası qeydə alınıb və ilin əvvəlindən belə hallar
ümumilikdə 9-a çatıb. H5N1 virusu getdikcə vəhşi quşlarda, xüsusilə
durnalarda da müşahidə edilir.
Yerli Kənd Təsərrüfatı Nazirliyi quşçuluq təsərrüfatçılarını
xüsusi diqqətli olmağa çağırıb. Nazirlik bildirib ki, toyuqlar
tez-tez ölməyə, az yeyib-içməyə və ya daha az yumurta qoymağa
başlayarsa, dərhal baytarla əlaqə saxlamaq lazımdır.

