Mingəçevir.Trend:
Mingəçevir şəhərində iki qadını maşın vurub.
Trend-in bölgə
müxbiri xəbər verir ki, “Vaz 2106” markalı avtomobilin törətdiyi
qəza nəticəsində 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova dünyasını
dəyişib, 1956-cı il təvəllüdlü Zöhrə İsmayılova isə xəsarət
alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan
Trend-in sorğusuna
cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.
Araşdırılma aparılır.

