Bu avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı
tədbirlərin davamı olaraq “Elmlər Akademiyası” metrostansiyasını
Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə
müsabiqənin qalibi müəyyən edilib.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 53 nömrəli marşrut üzrə hüquqi şəxs “Transkontrol” MMC komissiya üzvləri tərəfindən qalib elan
olunub.




Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada
müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.