Bu ilin 9 ayında 1 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Baş səhifə

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər
nəticəsində 2025-ci ilin 9 ayı ərzində 72 fakt üzrə ümumilikdə 1
ton 3 kq 375 qram narkotik vasitələr qanunsuz dövriyyədən
çıxarılıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata
görə, aşkar edilən narkotiklər – 990 kq 928 qramdan çox marixuana,
10 kq 655 qram metamfetamin, 63,538 qram həşiş, 990,376 qram
heroin, 206,75 qram tiryək, 363,321 qram metadon, 153, 551 qram
kokain, 8,108 qram kodein və digər maddələrdir.

9 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən 35-I Azərbaycan vətəndaşı, 41-i isə əcnəbi olmaqla 76 nəfər
barəsində müvafiq tədbir görülüb, 19 halda bu əməlləri törədən
cinayətkar dəstə ifşa olunub.




Bu müddət ərzində, həmçinin gömrük orqanlarının əməkdaşları
tərəfindən 53 fakt üzrə ümumilikdə 1,2 kiloqrama yaxın sibutramin
tərkibli güclü təsiredici maddələr qanunsuz dövriyyədən
çıxarılıb.

Narkotik vasitələr 28 halda Azərbaycana gətirilərkən, 48 halda
tranzit keçirilərkən, 1 halda isə ölkə ərazisində reallaşdırılan
əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunub.

Gömrük orqanları tərəfindən əvvəlki illərdə aşkar edilən 50
cinayət işi üzrə qanunsuz dövriyyədən götürülmüş, ümumilikdə 5 ton
280 kiloqramdan çox narkotik vasitə və psixotrop maddənin cari
dövrdə məhv edilməsi həyata keçirilib.