
Bakı. Trend:
Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq
xəstəliyinə yoluxma halları qeydə alınmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən
məlumat verilib.
Bildirilib iki, dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana
keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı
heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida
məhsullarının istehlakı nəticəsində keçə bilər:
“Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə
hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət
məhsullarının termik emal edilməsi tövsiyə olunur.
Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq,
təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl
edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq
məhsullarının istehlakından çəkinilməlidirlər”,- Nazirlikdən əlavə
edilib.


