Bakı. Trend:
Rusiyanın Xakasiya Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri
Sayanoqorskdan 14 km cənubda, Beyski rayonunda olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin regional
bölməsi də öz növbəsində zəlzələ nəticəsində tələfatın olmadığını
bildirib.

