Bakı. Trend:
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta
sayılan “Ethereum” kriptovalyutası (eter, ETH) qiyməti 1,5 faiz
azalma göstərib.
Trend-in
məlumatına görə, bu barədə “Binance” platformasında
bildiriblər.
Məlumata əsasən, “Ethereum”un qiyməti 0,22 faiz artaraq 3978
dollar olub. Bakı vaxtı ilə saat 20:35-də kriptovalyuta ucuzlaşaraq
3935 dollar (-1,5%) səviyyəsində olub.
“Ethereum”un hazırkı tarixi rekordu 2025-ci il avqustun 24-də
kriptovalyutanın dəyərinin 4 956,78 dollara yüksəldiyi zaman qeydə
alınıb.
“Coinmarketcap”in məlumatına əsasən, 20 oktyabr tarixinə
kriptovalyuta bazarının ümumi kapitallaşması 3,72 trilyon dollar
təşkil edib. “Bitkoin” 2,193 trilyon dollar (59,1%), “Ethereum” isə
474,336 milyard dollar (12,8%) təşkil edib.

