Bulvar İdarəsinin sabiq rəisi dəniz suyunun duzsuzlaşdırma sistemini yaratmamaqda günahlandırılıb

Baş səhifə
Bulvar İdarəsinin sabiq rəisi dəniz suyunun duzsuzlaşdırma sistemini yaratmamaqda günahlandırılıb

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesində vəsatət təqdim edilib.

“Report”un məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev dövlət ittihamçısının suallarını cavablandırıb.

O bildirib ki, 2016-2024-cü illərdə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri olan zaman vəzifəsi idarədə müzakirələrin aparılması, qərarların qəbulu və icra olunması, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə sərf olunmasına nəzarət etməkdən ibarət olub:

“Kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər qeyri büdcə sahəsindən gələn gəlir hesabına maliyyələşirdi. Hesablama Palatası yoxlama zamanı bunu irad tutub, deyiblər ki, maliyyələşmə büdcə vəsaiti hesabına olmalıdır”.

MƏLUMAT YENİLƏNİR