Bakı. Trend:
İspaniyanın Baş naziri Pedro Sançez Avropa İttifaqına (Aİ)
2026-cı ildən etibarən daimi yay vaxtına keçilməsi ilə bağlı
müraciət edib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Sançez bu barədə yayımladığı
videomüraciətdə bildirib.
Baş nazir qeyd edib ki, saatların il ərzində iki dəfə
dəyişdirilməsi artıq faydasız və köhnəlmiş bir təcrübədir. Onun
sözlərinə görə, bu sistem nə enerjiyə qənaət edir, nə də insanların
həyat keyfiyyətinə müsbət təsir göstərir. Əksinə, bioritm
pozğunluğu və gündəlik rejimdə çətinliklər yaradır.
İspaniya hökumətinin məlumatına əsasən, məsələ Aİ-nin enerji və
nəqliyyat nazirlərinin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Təşəbbüs, yay-qış saat dəyişikliyinin ləğvini və saatların daimi
olaraq yay vaxtında saxlanılmasını nəzərdə tutur.
Məlumata görə, ölkə əhalisinin təxminən 66 faizi bu təşəbbüsü
dəstəkləyir.

