“Fənərbaxça” turu qələbə ilə başa vurub

Baş səhifə

Türkiyə Super Liqasında IX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Kayserispor” öz meydanında “Samsunspor”la üz-üzə gəlib.

4 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub – 3:1.

Günün son qarşılaşmasında “Fənərbaxça” evdə “Fatih Karagümrük”ü Anderson Talişka və Marko Asensionun vurduğu qollarla məğlub etməyi bacarıb – 2:1.

Türkiyə Super Liqası
IX tur
15:30. “Kayserispor” – “Samsunspor” – 1:3
18:00. “Alanyaspor” – “Göztəpə” – 1:0
18:00. “Qaziantepspor” – “Antalyaspor” – 3:2
21:00. “Fənərbaxça” – “Fatih Karagümrük” – 2:1