
Qəzza zolağının Səhiyyə Nazirliyi İsraildən münaqişə zamanı həlak olmuş 150 fələstinlinin meyitini alıb.
“Report”un məlumatına görə, bu barədə nazirlik sosial şəbəkədə məlumat yayıb.
“Səhiyyə Nazirliyi oktyabrın 19-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə İsrail hakimiyyəti tərəfindən təhvil verilən 15 meyitin qəbul edildiyini və alınan meyitlərin ümumi sayını 150-yə çatdırdığını bildirir”, – məlumatda deyilir.
Nazirlik, həmçinin qeyd edib ki, indiyədək yalnız 25 cəsədin şəxsiyyəti müəyyən edilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


