
Bakı. Trend:
İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest” baş
məşqçisi Angelos Postekoqlu ilə əməkdaşlığı dayandırıb.
Trend xəbər verir
ki, klubun rəsmi açıqlamasında bu qərarın ardıcıl uğursuz nəticələr
səbəbindən qəbul edildiyi bildirilib.
Komanda 8-ci turda evdə “Çelsi”yə 0:3 hesabı ilə məğlub olduqdan
dərhal sonra rəhbərlik Postekoqlu ilə müqaviləyə xitam verib. Bu
nəticə ilə “Nottingem Forest” bütün turnirlər üzrə qələbəsiz
oyunlar seriyasını 10 matça çatdırıb və hazırda turnir cədvəlinin
17-ci pilləsində, 5 xalla qərarlaşıb.
Qeyd edək ki, yunan əsilli avstraliyalı mütəxəssis cəmi bir ay
öncə – sentyabrın 8-də klubun baş məşqçisi təyin olunmuşdu. 60
yaşlı Postekoqlu ötən mövsüm “Tottenhem”in baş məşqçisi kimi Avropa
Liqasının qalibi olmuşdu.


